İranda ötən sutka ərzində 7 704 nəfər koronavirusa (COVID-19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 123 474 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 704 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 223 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 52 670 nəfərə çatıb.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 833 276 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 6,79 milyondan çox diaqnoz testi həyata keçirilib.
Nazirlik rəsmisi İranda 12 rayonun qırmızı, 288 rayonun narıncı və 148 rayonun sarı zona olduğunu deyib.