Home Manşet Sədaqət Vəliyeva: Ramil Səfərova azadlıq bəxş edən, Qarabağı işğaldan azad edən Prezident...

Sədaqət Vəliyeva: Ramil Səfərova azadlıq bəxş edən, Qarabağı işğaldan azad edən Prezident İlham Əliyevin erməni əsirliyində olanlar vətəndaşlarımızı da Vətənə qaytaracağına heç kəsdə şübhə yox idi

312
0
SHARE

“Erməni təxribatı nəticəsində Macarıstanda ömürlük həbsə məhkum edilmiş Ramil Səfərova azadlıq bəxş edən, 27 il idi ki düşmən tapdağında olmuş Qarabağı işğaldan azad edən Prezident İlham Əliyevin erməni əsirliyində olanlar vətəndaşlarımızı da Vətənə qaytaracağına heç kəsdə şübhə yox idi. Gözlənildiyi kimi, Cənab İlham Əliyev Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Azərbaycana gətirilməsini də təmin etdi. Cənab Prezident hər bir Azərbaycanlının harada olmasından asılı olmayaraq, hər bir Azərbaycanlının qeydinə qaldığını yenidən isbatladı. Cənab Prezident Azərbaycan ictimaiyyətinin gözlədiyini gerçəkləşdirdi, istəklərini reallaşdırdı”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin əsirlikdə olan vətəndaşlarımızı Vətənə qaytarmaqla nəinki onların ailələrinə, hətta bütün xalqımıza sevinc, qələbə hisslərini yenidən yaşatdı: “Cənab İlham Əliyev daim Azərbaycan vətəndaşlarının dünyanın harasında olmalarından asılı olmayaraq onların hüquq və mənafelərinin təmin edir. Təsadüfi deyildir ki, son vaxtlar erməni əsirliyində olan vətəndaşlarımızın talehi ictimaiyyətimizi çox narahat edirdi. Lakin hər kəsin də ümidi cənab Prezident İlham Əliyevə idi. Məhz, onların Vətənə dönməsi Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunmasında hər zaman prinsipiallıq nümayiş etdirən dövlət başçısının siyasi iradəsi sayəsində mümkün oldu. Dövlət başçısının bu addımı onu göstərir ki, O, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı kimi hər bir Azərbaycan vətəndaşının, hər bir əsgər və zabitinin arxasında durur. Bu, həm də düşmən qarşısında bütün Azərbaycan xalqının həmrəyliyi üçün bir çağırışdır”.

“Vətəndaşlarımızın qayıdışı ölkə əhalisinin böyük sevincinə səbəb oldu. Hər bir vətəndaş Prezident İlham Əliyevə bu addımına görə dərin minnətdarlığını bildirir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən dediyi ifadənin sahibi olduğunu bir daha vurğuladı: “Cənab İlham Əliyev bildirirdi ki, “mən hər bir azərbaycanlının Prezidenti olacağam” və bu gün vətəndaşlarımızın Azərbaycana qaytarılması da bunun əyani sübutu oldu. Bir daha isbatlandı ki, xalq bir olanda, xalqın lideri və dövləti nüfuzlu olanda layiqli qələbələr qazanılır. Buna görə hər birimiz Ali Baş Komandanın ətrafında daha da sıx birləşməliyik. Azərbaycanın xoşbəxt, güclü gələcəyi cənab İlham Əliyevlə bağlıdır