Home Cəmiyyət Sentyabrın 27-dən erməni təxribatı nəticəsində 10 şagird həlak olub, 16 şagird yaralanıb

Sentyabrın 27-dən erməni təxribatı nəticəsində 10 şagird həlak olub, 16 şagird yaralanıb

316
0
SHARE

27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olub, 16 şagirdin yaralanıb, 54 təhsil müəssisəsi isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Beynəlxalq insan hüquqları gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb.

E.Əmrullayev koronavirus pandemiyası fonunda təhsilin davamlılığının təmin edilməsi istiqamətində atılan addımlar barədə də ətraflı məlumat verib. Nazir onlayn tədrisə keçidi təmin etmək məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Virtual məktəb” platformasının fəaliyyətinə toxunaraq, sözügedən platformada 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllimin qeydiyyatdan keçdiyini vurğulayıb.