İran parlamenti prezident seçkilərində namizədlərin ikili vətəndaşlığının olmaması haqda qərar qəbul edib.
Trend-in məlumatına görə, İran parlamentinin qərarı 193 lehinə, 31 əleyhinə və 2 bitərəf səslə qəbul olunub.
Bu qərar seçki məcəlləsində prezidentin İran vətəndaşı olması ilə əlaqədar bənddə nöqsanın aradan qaldırılması istiqamətində atılıb.
Beləliklə nə vaxtsa xaricdə yaşayan İran vətəndaşalrı İranda prezidentliyə namizəd ola bilməyəcək. Eyni zamanda dəyişikliklər əsasında prezidentliyə namizədlərin hazırda və keçmişdə “Greencard” kimi icazələri olmamalıdır.
Qeyd edək ki, İranda sayca 13-cü çağırış prezident seçkiləri gələn il 18 iyunda keçiriləcək. Prezident seçkilərinə namizədlərin qeydiyyatı 21 mayda başlanacaq.