Home Cəmiyyət Azərbaycanda 4 077 nəfər COVID-19-a yoluxub, 3 854 nəfər sağalıb, 43 nəfər...

Azərbaycanda 4 077 nəfər COVID-19-a yoluxub, 3 854 nəfər sağalıb, 43 nəfər vəfat edib

296
0
SHARE

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb, 3 854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 43 nəfər vəfat edib.

Trend-in məlumatına görə, indiyədək ölkədə ümumilikdə 187 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 859 nəfər müalicə olunaraq sağalıb, 2050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 998, ötən müddət ərzində isə ümumilikdə 1 998 577 test aparılıb.