Home Manşet Bir sıra siyasi partiyalar ofislə təmin olunub (FOTO)

Bir sıra siyasi partiyalar ofislə təmin olunub (FOTO)

336
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı siyasi-hüquqi islahatlar siyasi plüralizmin təşviqini, siyasi partiyalarla sağlam dialoqu ehtiva edir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti bu dialoqun fəal iştirakçılarıdır. Siyasi münasibətlərdə dialoq mühitinin yaranması isə demokratik ənənələrin formalaşmasına, siyasi partiyalarla sağlam əməkdaşlığa zəmin yaradır. Bu baxımdan, yeni siyasi mədəniyyətin təşəkkül tapması istiqamətində dövlət tərəfindən müvafiq addımlar atılır.

Belə ki, siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi, onların iş şəraitinin yaxşılaşdırılması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra siyasi partiyalara fəaliyyət göstərmələri üçün dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri təqdim edib. Bununla əlaqədar olaraq, dekabrın 15-də siyasi partiyaların iştirakı ilə tədbir keçirilib.

Tədbir çərçivəsində ilkin olaraq 5 siyasi partiyaya ofis sahələrinin açarları təqdim edilib. Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Qeyd edək ki, iş şəraitinin yaxşılaşdırılması məqsədilə yaxın günlərdə digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.