Home Dünya xəbərləri ABŞ-da koronavirusdan gündəlik ölüm halı 3,5 mini ötüb

ABŞ-da koronavirusdan gündəlik ölüm halı 3,5 mini ötüb

299
0
SHARE

ABŞ-da koronavirusa yoluxma ilə bağlı eyni gündə 3 anti-rekord qeydə alınıb.

Trend-in məlumatına görə, gün ərzində 3,5 mindən çox ölüm, 240 mindən çox yeni yoluxma olub. Artıq 11-ci gündür ki, COVID-19 xəstələrinin sayında eyni yüksək rəqəm qeydə alınır- 113.069 nəfər.

John Hopkins Universitetinin hesablamalarına əsasən, pandemiya başlayandan bəri ABŞ-da 16 milyon 964 min 180 nəfər koronavirusa yoluxub, onlardan 307 min 340-ı ölüb.

Bu göstəricilərin hər ikisinə görə ABŞ dünyada birinci yerdədir.