Home Manşet Azərbaycan regional bağlılıq baxımından vacib ölkəyə çevrilib – Əfqanıstan səfiri

Azərbaycan regional bağlılıq baxımından vacib ölkəyə çevrilib – Əfqanıstan səfiri

319
0
SHARE

Azərbaycan böyük uğurlara nail olmuş və özünün coğrafi yerləşməsi, regional bağlılıq baxımından vacib ölkəyə çevrilib.

Trend-in məlumatına görə, bunu Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Səfir bildirib:

Əfqanıstanın Azərbaycanda səfiri kimi fəaliyyət göstərmək mənim üçün böyük şərəfdir. Mən çox xoşbəxtəm ki, Azərbaycana çox özəl bir vaxtda gəlmişəm. Mən Azərbaycana müharibə başa çatandan sonra – noyabrın 13-də gəlmişəm. Yəni, Qələbədən üç gün sonra, erməni işğalı bitdikdən, Azərbaycan xalqı öz torpağına qovuşduqdan sonra gəlmişəm. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Çünki Azərbaycan çox önəmli bir tarix yaşayır.

Zati-aliləri cənab Prezident, bir daha qeyd edirəm ki, Azərbaycanda olmaq mənim üçün şərəfdir. Əminik ki, Sizin rəhbərliyiniz və Ali Baş Komandanlığınızla Azərbaycan böyük uğurlara nail olmuş və özünün coğrafi yerləşməsi, regional bağlılıq baxımından vacib ölkəyə çevrilmişdir. Zati-aliniz regional bağlılıqla bağlı Prezident Əşrəf Qaninin baxışına dəstək verib. Azərbaycana gəlişim ərəfəsində Prezident mənə təlimat vermişdir ki, onun salamlarını Sizə çatdırım, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edim. Həmçinin Prezidentimiz Azərbaycanın rəhbərliyinizlə əldə etdiyi uğurlar münasibətilə Sizi təbrik etməyimi tapşırıb. Zati-aliləri, Siz də qeyd etdiyiniz kimi, Azərbaycan və Əfqanıstan münasibətləri uzun tarixə malikdir.