Home Manşet Müşahidə nöqtələri Qarabağa çox yaxın yerlərdə olacaq – Çavuşoğlu

Müşahidə nöqtələri Qarabağa çox yaxın yerlərdə olacaq – Çavuşoğlu

306
0
SHARE

Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya ortaq monitorinq mərkəzi Ağdamda yerləşəcək:

“Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq. Ev sahibi haranı göstərirsə, müşahidə nöqtələri orada olmalıdır”.