Home Manşet Sədaqət Vəliyeva: Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir

Sədaqət Vəliyeva: Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir

351
0
SHARE

“Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azdlıq səviyyəsini tədqiq edən qurumların diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir. Dünya Bankının “Doing Business 2020” hesabatı da bu baxımdan istisna deyildir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bir sıra beynəlxalq reytinq təşkilatları Azərbaycana qarşı kifayət qədər obyektiv mövqe tutmayaraq, ziddiyyətli informasiyalar yayırlar: “Onlar Azərbaycanı müxtəlif bəhanələrlə tənqid etmək məqsədi ilə çoxlu süniləşdirmələrə yol verirlər. Buna dəfələrlə rast gəlinib. Həm də bu qərəzin fonunda Ermənistan haqqında şişirdilmiş və əsassız müsbət göstəricilər yazıblar. “Doing Business” hesabatı isə onlardan fərqlənir və ardıcıl mövqe tutmaqla hər hansı ölkə barədə həqiqi mənzərənin yaranması üçün ədalətli mövqe tutur. Elə dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı da ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara daim dəstək verib. Təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində “Doing Business 2020” hesabatında da Azərbaycanın ümumi reytinqdə yeni nailiyyətlərə imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan yaradıb. “Doing Business 2020” hesabatında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin yüksək şəkildə qiymətləndirilməsi bir daha belə deməyə əsas verir ki, öz reytinq və nüfuzuna görə ölkəmiz bir sıra aparıcı dövlətləri, xüsusilə də MDB ölkələrini geridə qoyur və bununla da öz iqtisadi qüdrətini bir daha sübut edir”.