Home Manşet Azərbaycan Prezidenti: Yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa...

Azərbaycan Prezidenti: Yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək

287
0
SHARE

Yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Ümid edirəm ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya artıq yavaş-yavaş yoxa çıxacaq. Biz də yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək. Bizim mədəni həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm də xarici qonaqları bundan sonra da dəvət etməliyik”.