Home Cəmiyyət Azərbaycanda pandemiya dövründə ictimai iaşə xidmətlərinin həcmi azalıb

Azərbaycanda pandemiya dövründə ictimai iaşə xidmətlərinin həcmi azalıb

345
0
SHARE

Koronavirus pandemiyası səbəbindən Azərbaycanda 2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki illə müqayisədə ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb.

Trend-in məlumatına görə, Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma nəticəsində 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında ictimai iaşə xidmətlərinin həcminin azalması olunub.

2020-ci ilin noyabr ayında ictimai iaşə dövriyyəsi ötən ilin noyabr ayı ilə müqayisədə 2,1 dəfə azalıb. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,1 dəfə azalaraq 682,8 milyon manat olub.