Daha 2 Azərbaycan vətəndaşı əsirlikdən azad edilib.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O bildirib ki, həmin şəxslər 28 dekabrda Azərbaycana təhvil verilib, ailələrinə qaytarılıb: “Əsrlikdən qaytarılan şəxslərdən biri hərbçi, digəri isə mülki şəxsdir”.