Home Manşet Sədaqət Vəliyeva: Məgər UNESCO da bəzi Avropa təşkilatları kimi ikilistandartlar, islamofobiya, diskriminasiya...

Sədaqət Vəliyeva: Məgər UNESCO da bəzi Avropa təşkilatları kimi ikilistandartlar, islamofobiya, diskriminasiya “virusuna” yoluxub?

344
0
SHARE

“Bu gün bir sıra beynəlxalq təşkilatlar və onların institutları məqsədli şəkildə Azərbaycana münasibətdə qərəzli mövqe tuturlar. Ölkəmizin böyük qələbəsini, zəfərini həzm edə bilməyən, erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən təşkilatlar artıq beynəlxalq hüququ da tanımaqdan imtina edirlər. Onlar özlərini hansısa ölkələrin filialı kimi aparır, hətta beynəlxalq statuslarını belə yaddan çıxarırlar. Belə təşkilatlardan biri də UNESCO-dur”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, uzun illər ərzində Azərbaycanla UNESCO-nun səmərəli əməkdaşlığı olub, hətta birgə bir çox tədbirlər və layihələr reallaşdırılıb: “Lakin nədənsə, Qarabağ məsələsində UNESCO ikilistandartlı mövqe tutmağa üstünlük verir. Hansısa səbəbdən ermənilərin Qarabağda İslam abidələrinə və dəyərlərinə qarşı həyata keçirdiyi barbalığa, vandalizmə diqqət yetirmək istəmir. Nə üçün? Məgər UNESCO-nun birbaşa vəzifəsi deyilmi ki, dünyada maddi və mənəvi dəyərlərə qarşı münasibəti müəyyənləşdirsin? Qarabağda ermənilər tərəfindən məscidlər, qəbirlər, İslam abidələri təhqir olunanda, dağıdılanda UNESCO görməzlikdən gəlir, amma qondarma bir məlumat əsasında Azərbaycana qarşı əsassız münasibət göstərir. Görəsən, Azərbaycanı qondarma məsələlərdə ittiham edənlərin Ermənistanın İslam dini abidələrini, məscidləri təhqir edərkən, dağıdarkən, talan edərkən nəyə görə səsləri çıxmır? Azərbaycana gələndə bütün məsələlər siyasilər, amma Ermənistana gələndə adiləşir. Bu nə deməkdir? Məgər UNESCO da bəzi Avropa təşkilatları kimi İkilistandartlar, islamofobiya, diskriminasiya “virusuna” yoluxub?”.

“UNESCO-da da yaxşı bilirlər ki, Azərbaycan dünya mədəni irsinə böyük töhfələr verib” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan həm müsəlman, həm xristian dini abidələrinin bərpasında fəal rol oynayıb: “Azərbaycana iftira atanlar məgər bilmirlərmi ki, Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi, Müqəddəs Sebastian, Marçellinio və Pietro katakombaları, Bakıdakı Pravoslav kilsəsi, Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi, “Cotari” Alban-udi kilsəsi Azərbaycan Prezidentinin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı şəkildə bərpa edilib? Görmürlərmi ki, Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ucaldılıb? Eşitməyiblərmi ki, Heydər Əliyev Fondu Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edib? Axı, bütün dünya bilir ki, Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa edilib. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda, məbədin fasadında keramik panno yerləşdirilib. Bu cür faktlar ortada olarkən Azərbaycanı hansı məntiqlə şərləmək olar? Çox qəribədir ki, onlar Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirilin, Roma Papası Fransiskin Bakıda olarkən Azərbaycanı tolerantlıq, multikulturalizm məkanı kimi dəyərləndirmələrini də eşitməyiblərmi?”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bu gün erməni lobbisinin təsirində olan bəzi siyasətçilər və təşkilatlar əslində xristian abidələrinin taleyi ilə maraqlanmırlar: “Onlar sadəcə Ermənistanın məğlubiyyətini, Azərbaycanın isə tarixi zəfərini həzm edə bilmirlər və bu səbəbdən də qisas məqsədilə şər, böhtan atırlar. Yaxşı olar ki, həmin qruplar, təşkilatlar Ermənistanın Azərbaycana qarşı törətdiyi mədəni, ekoloji terroruna, qətliamlarına, soyqırımlarına diqqət etsinlər, həqiqəti görsünlər, ədalətli olmağa çalışsınlar”.