Home Manşet Azərbaycan Prezidenti bir sıra mühüm məsələləri qeyd etdi

Azərbaycan Prezidenti bir sıra mühüm məsələləri qeyd etdi

579
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə müstəqillik tariximizin ən şanlı ilinin, tarixi zəfər ilinin yekunlarına həsr edilmiş müşavirə kimi yadda qaldı. Elə müşavirədə qoyulan məsələlər də 2021-ci ildə görüləcək işlərlə bağlı səsləndirilən fikirlər də tarixi idi. Çünki cəmi bir neçə ay bundan əvvələ qədər yalnız xəyal edə biləcəyimiz torpaqlarımızın işğaldan azad edilməsi arzsu artıq 2020-ci ildə reallığa çevrilən gerçəklik olmuşdu. Qarşıda duran vəzifələr və görüləcək işlər isə ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın gələcək inkişafı və işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın təmin olunması ilə bağlı idi. Müşavirə eyni zamanda həm də 30 illik müstəqillik tariximizin bir növ qısa hesabatı idi. Azərbaycan Prezidenti torpaqlarımızın 30 ilə yaxın davam edən işğaldan azad edilməsindən danışarkən bir sıra mühüm məsələləri qeyd etməklə əslində nə üçün işğala məruz qalmağımızın səbəblərinə də toxunaraq bu səbəblərin yeni nəslə obyektiv şəkildə çatdırılmasının aktuallığından danışdı. Doğrudan da, yalnız tarixi yaddaşda varislilik və milli hesabatlılıq sayəsində tarixdən dərs çıxartmaq və yol verilən səhvləri bir daha təkrar etməmək olar. Üçtərəfli bəyənnamədə razılaşdırılmış maddələrədən danışarkən bu maddələrin qeydsiz-şərtsiz yerinə gətirlməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bu yaxınlarda Ermənistanın xarici işlər nazirinin Azərbaycanın ərazisinə qeyri-qanuni səfərinə də toxunaraq sərt bir şəkildə xəbərdarlıq etdi eyni zamanda bir daha rus sülməramlılarına öz vəzifələrini xatırlatdı. Müşavirdə böyük qayıdışın artıq həyata keçirilməsindən danışılıd və aydın oldu ki, hazırda bu qayıdışı təmin edəcək ilkin nəqliyyat və kommunikasiya layihələrinin icrasına başlanılıb və qısa müddətdə xeyli işlər görlülüb. Bununla belə işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialının və təbii resurslarının qısa müddətdə qiymətləndiriləməsi və iqtisadiyyatımız qazandırılması ilə bağlı qarşıda mühüm vəzifələrin dayandığı bildirildi . Şəhərlərimizin yenidənqurulması, tarixi mədəni və dini abidələrimizin bərpa eddilməsi, işğal müddətində erməni vandalizmnə məruz qalmış ərzailərimizə dəymiş ziyanın hesablanarq təzminatla bağlı hüquqi prosedurların başladılması da müşavirədə diqqət mərkəziində olan məsələlərdən idi. Ən mühüm məsələlərdən biri isə Vətən müharibəsinin birinci qəhrəmanları olan şəhidlərimizə və onların ailələrinə dövlət qayğısının daimi olacağı ilə bağlı Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi fikirlər idi. Prezident bildirdi ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Doğrudan da, belə bir qərarın qəbul edilməsi öz canlarını vətən torpaqlarımızı işğaldan azad edilməsi üçün fəda edən müqəddəs şəhidlərimizin ruhuna hörmət, onların ailələrinə isə diqqət və qayğının nümunəsi kimi qimətləndirilməlidi.