Home Manşet Kim Çen In ABŞ-ı KXDR-in əsas düşməni adlandırdı

Kim Çen In ABŞ-ı KXDR-in əsas düşməni adlandırdı

681
0
SHARE

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Koreyanın Əmək Partiyasının VIII qurultayında ölkəsinin əsas düşməninin ABŞ olduğunu açıqlayıb.

Trend-in məumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.

O qeyd edib ki, Vaşinqton administrasiyasına kimin rəhbərlik etməsindən asılı olmayaraq ABŞ-ın KXDR-ə qarşı münasibəti dəyişmiəyəcək.

Çen In ölkəsinin Rusiya və Çin ilə əlaqələri inkişaf etdirməyi planlaşdırdığını da bildirib.

Dövlət Şurasının sədri Pxenyanın Moskva ilə dostluq əlaqələrinin inkişafına və genişlənməsinə zəmin yaratdığını, eyni zamanda Pekin ilə əlaqələrin möhkəmləndirilməsi üçün bir zəmanət aldığını qeyd edib.