1993-cü ildən hazırkı dövrə qədər müxalifət təmsilçiləri, xüsusilə ənənəvi müxalifət kəsimi adlandırılan və daim radikallıqları, anti-dövlətçilik fəaliyyətləri ilə seçilən qruplar 27 ildən sonra da, yəni bu gün də öz köhnə təfəkkürlərində qalmaları ilə yanaşı, həm də “beşinci kolon”un emissarları olduqlarını uğursuz düşüncələri, addımları ilə sübut edirlər.
Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekseprt Bəhruz Quliyev Prezident İlham Əliyevin fikirlərini şərh edərkən deyib. Onun sözlərinə görə, “demokratiya” pərdəsi arxasında davamlı şəkildə Qərbin müəyyən dairələrindən sifarişlər alan, bu vasitə ilə Azərbaycanın dünyadakı artan nüfuzuna xələl vurmağa cəhdlər göstərən radikal və dağıdıcı müxalif qrupların başında AXCP sədri Əli Kərimlinin, “Milli Şura” sədri Cəmil Həsənlinin dayanması heç də təsadüfi deyil:
“Təkcə bu adamların və onların ətrafındakı qrupların zaman-zaman hansı siyasi oyunbazlıqlardan çıxış etdiklərinə nəzər salarsaq, fəaliyyətlərini incələyərsək, nə qədər saxta, psevdomüxalifətçi olduqlarını növbəti dəfə müəyyən edə bilərik. Maraqlısı da budur ki, hakimiyyətə zor gücü ilə yiyələndikləri vaxtlarda respublikada çaxnaşmalara, habelə Qarabağ cəbhəsində uğursuzluqlara, torpaqlarımızın işğala məruz qalmasına səbəb olan həmin ünsürlərin indi durub dövlət idarəçiliyində hansısa “səhv” axtarmaları çox gülünc təsir bağışlayır. Əbəs deyil ki, bu gün onlara ağalıq edən Soros dairələri onlara əllərinə düşən hər imkanda dəstəklər göstərirlər, çünki bilirlər ki, şəxsi maraqlarını dövlətçilik, xalqçılıq maraqlarından daim öndə tutan belələri Azərbaycanın regionda və dünyada güclənən nüfuzuna xələl vurmaqdan başqa heç nəyə yaramırlar. Daha dəqiq desəm, demokratik dəyərlər və milli dövlətçilik faktorunda ədalətli yolu tutan Azərbaycan Soros kimi Qərb fondlarına sərf etmir, ona görə də bu cür siyasi səbatları olmayan dairələrə ümid edirlər. Ancaq bu ümidlər də puça çıxır, necə ki, hər zaman belə olub. Xalq isə yaxşı bilir ki, kim-kimdir”.
“Mən adi bir bənzətmə edərək, bu günlərdə ABŞ Konqresində baş verənləri iyulun 14-də Azərbaycan parlament binasına edilən hücumla paralelləşdirmək istərdim”, deyən baş redaktor bu gün Co Baydenin ali qanunverici orqana hücum edənləri terrorçu adlandırmasına da münasibətini şərh edib: “Maraqlıdır ki, Bayden olmasın, digər ABŞ-ın nüfuzlu siaysətçisi olsun – nəyə görə Bakıda Milli Məclisin binasına edilən hücum vaxtı da zaman-zaman dünyaya “ağıl qoyanlar”, “demokratiya dərsi keçənlər” həmin hadisəni pisləyən bəyanatlar yaymadılar? Hətta anti-milli, radikal müxalifət “liderlərinə” qahmar çıxıb, onların saxlanılmalarını “demokratiyanın səsinin boğulması” kimi qələmə verməyə çalışdılar. Bax, budur ikiüzlü, riyakar və utancverici siyasət. Bu siyasətin kökündə əlsa hər hansı bir səmimiyyətdən, düzgünlükdən, ədalətli fikirdən danışmaq ümumiyyətlə qeyri-mümkündür. Dövlətimizin başçısı da öz çıxışı əsnasında məhz bu nüansı məntiqli olaraq diqqətə çəkdi, ABŞ-da baş verən hadisələri ötən il iyulun 14-dəki hadisələrlə çox doğru paralelləşdirdi”.
“Əslində, dünya birliyi Vaşinqtondakı Konqers binasına basqın olayı zamanı polis tərəfindən qətlə yetirilən 5 nəfər insanın hesabını sormalıdır”, deyən Bəhruz Quliyev xatırladıb ki, adi halda saxlanılan, inzibati cəzalar alan müxalifətçilərə görə az qala dünyaya car çəkib, Azərbaycana qarşı hücuma keçənlərin qarşısına bilavasitə Konqres olaylarını qoymaq, onlardan cavab almaq lazımdır: “Əlbəttə, verilən suallara cavabları olmaya bilər, olsa belə, həmin cavabların nə qədər doğru-dürüst veriləcəyinə də inanmaq olmaz. Əgər ortada ikibaşlı siyasət varsa, bu zaman səmimiyyətdən deyil, yalnız qərəzdən danışmaq olar. Bax, biz daim bu kimi qərəzləri, ikili stndartları müşahidə etmişik. Ona görə də, müxalifətə himayədarlıq edənlər, onların başlarına öz kirli maraqlarına görə sığal çəkənlər yaxşı bilməlidirlər ki, nə əvvəllər, nə də indi bu oyunbazlqlar keçməyib, buna heç vaxt imkan verilməyəcək”.
“Fakta diqqət yetirək və sual edək ki, niyə AXCP, “Milli Şura” təmsilçiləri, onların dəstəkçiləri məhz Qərb ölkələrində, yumşaq divanlarında oturub, sosial şəbəkələr vasitəsi ilə Azərbaycan dövləti əleyhinə gündə müxtəlif siyasi hoqqalardan çıxırlar?”, deyə sual ünvanlayan “SƏS” qəzetinin baş redaktoru xatırladıb ki, hələ də 90-cı illərdə, lap dəqiq desək, müstəqilliyin əldə olunması dövründən başlayaraq, hakimiyyətə yiyələndikləri 92-93-cü illərdəki hadisələr vaxtında dövləti, xalqı böhran içində qoyub qaçmaq ən azından xəyanətdir: “Bu kimi xəyanətlər bağışlana bilməz. Amma bütün bunlardan nəticə çxarıb, üzrxahlıq etmələri yerinə hətta ümummilli məsələlərdə belə dövlət maraqlarına, ədlə eidlən zəfərlər utanııb-qızarmadan dil uzadırlar, bu isə əlbəttə ki, xalqı hiddətləndirir. Xalq ona görə hiddətlənir ki, onlar yenə də xarici ağaları qarşısında quyruq bulayıb şəxsi və kirli maraqlarını reallaşdırmağa can atırlar. Hətta Vətən müharibəsində əldə eidlən birmənalı qələbəyə qarşı çıxır, bu vasitə ilə bilavasitə düşmən erməni siyasi dairələrinin dediklərini təkrarlayırlar. Bu gün Ermənistanda cərəyan edən hadisələr fonunda erməni müxalifətçilərinin dediklərini özlərini müxalifətçi adlandıran AXCP-“Milli Şura” cütlüyü təkrarlayır. Onların Qərbin dəstəyi ilə erməni qazanına yağ tökmək məqsədlərinə isə imkan verilməyəcək, bunu birdəfəlik dərk etməlidirlər. İnanın ki, heç vaxt, əsla yol verilməyəcək, çünki ortada xalqın dəstəklədiyi böyük hakimiyyət-xalq birliyi var, bu birlik isə Vətən müharibəsində əldə edilən zəfərdən sonra daha da möhkəmlənib. Düşünürəm ki, belə cəhdlər, ikiüzlülüklər, riyakarlıqlar və qərəzlər artıq mövcud reallıqlarda tarixin arxivinə gömülüb. Nə Soros dairələri, nə də onların buradakı quyruqbulayanları da bu reallğı əslində yaxşı bilirlər.”