Home Manşet Qazaxıstanın bir çox regionunda parlament seçkilərində səsvrermə başa çatıb – Arzu Nağıyev...

Qazaxıstanın bir çox regionunda parlament seçkilərində səsvrermə başa çatıb – Arzu Nağıyev (FOTO)

408
0
SHARE

Qazaxıstanın bir çox regionunda parlament seçkilərində səsvermə başa çatıb. Bir neçə regionda səsvermə bir saat gec bitəcək.

Bu barədə Trend-ə açıqlamasında Qazaxıstanda keçirilən parlament seçkiləri prosesinin izləyən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, yerli vaxtla saat 07:00-da (05:00 GMT+4) açılan seçki məntəqələri saat 20:00-da (18:00 GMT+4) bağlanıb. Ümumilikdə ölkə ərazisində 9,9 min seçki məntəqəsi fəaliyyət göstərib:

“Bundan əlavə, xarici ölkələrdə – 53 dövlətdə 66 məntəqə təşkil edilib. Xaricdə yaşayan 12 min Qazaxıstan vətəndaşının səsvermə hüququ olub.

Ümumilikdə 11,9 milyondan çox insan seçici siyahısına daxil edilib. Saat 20:00-a olan məlumatlara əsasən, parlament seçkilərində seçici fəallığı 63,1 faiz təşkil edib”.