Home Manşet Ceyhun Məmmədov: Dünya birliyi Ermənistanın bu vəhşiliyi ilə daha yaxından tanış olmalıdır

Ceyhun Məmmədov: Dünya birliyi Ermənistanın bu vəhşiliyi ilə daha yaxından tanış olmalıdır

300
0
SHARE

Hazırda postkonflikt dövrünün yaşayırıq. Qarşıda bir sıra mühüm vəzifələr durur. Bu vəzifələr sırasına Qələbəni siyasi yolla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına imkan verməmək, o cümlədən dağıdılmış ərazilər haqqında məlumatı dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu günə qədər ermənilər özlərini dünyaya məzlum xalq kimi təqdim etməyə çalışırdılar:

“Onlar özlərini soyqırıma məruz qalan xalq kimi göstərirdilər. Ancaq son proseslərdə Ermənistanın həqiqi siması tam çırpaqlığı ilə üzə çıxdı.

Son baş verənlər göstərdi ki, əslində həqiqi zülm olunan Azərbaycan xalqıdır, ermənilər vəhşi və barbardırlar. Biz bunun nümunəsini işğaldan azad olunan ərazilərimizdə gördük. Hər azad olunan rayonumuzda orta hesabla 90-100 kənd var. Bu kəndlərin, eləcə də rayon mərkəzlərinin hamısı ermənilər tərəfindən tamamilə dağıdılıb. Bu gün artıq bununla bağlı Azərbaycan tərəfindən komissiya işləyir, eləcə də xaricdən də komissiyalar gələcək. Hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri ilk növbədə bu vəhşiliklərin sənədləşdirilməsidir. Yəni bu yerlərdə video, foto çəkilişin aparılması və xaricdə təbliğidir. Hazırda Azərbaycan hökuməti bunu edir”.

Deputat vurğulayıb ki, ermənilər xaricdə yalançı təbliğat aparırlar ki, Azərbaycan guya onlara qarşı soyqırımı törədib, nələrinisə dağıdıb və nədənsə narahatdırlar: “Ancaq biz işğaldan azad olunmuş ərazilərimizdən materiallar vasitəsilə dünyaya təqdim etməliyik ki, vəhşi elə onların özləridir.

Biz yox onlar bizim işğal altında saxladıqları ərazilərimizi, yaşayış yerlərini, məktəb, bağça, kitabxana və digər infrastruktur obyektlərini, ibadət məkanlarını dağıdıblar.

Onlar bu etdikləri vəhşiliklərə görə cavab verəcəklər. Bu baxımdan bu istiqamətdə biz də güclü təbliğat aparmalıyıq. Bu, həm Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə, həm də xaricdə yaşayan soydaşlarımız vasitəsilə çox ciddi və geniş şəkildə aparılmalıdır. Dünya birliyi Ermənistanın vəhşiliyi ilə daha yaxından tanış olmalıdır ki, artıq onların bu yalan təbliğatının qarşısı alınsın. Eyni zamanda sosial şəbəkələr vasitəsilə, ayrı-ayrı dillərdə, həmçinin videolar və sənədli filmlərlə, fotolarla biz bunu dünya ictimaiyyətinə təqdim etməliyik ki, birdəfəlik olaraq erməni yalanlarının qarşısı qətiyyətlə və tamamilə alınsın, onlar tam ifşa olunsunlar”.

C.Məmmədovun sözlərinə görə, digər bir vacib məqam isə bəyanatda əksini tapan məsələlərlə bağlıdır:

“Burada münaqişənin tənzimlənməsi ilə bağlı bütün vacib məqamlar öz əksini tapıb. Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Bu bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Bütün tərəflər bu məsələni nəzərə almalıdır. Azərbaycan hazırda ərazidə vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılığını veribdir. Lakin bundan sui-istifadə yolverilməzdir. Bu baxımdan Ermənistan Xarici İşlər nazirinin Dağlıq Qarabağa səfəri növbəti rəxribat sayılırı. Ermənistan bu əməllərə son qoymalıdır. Ermənistan tərəfi son baş verənlərdən nəticə şıxarmalı, ciddi düşünməlidir. Əks təqdirdə dəmir yumruq yenidən işə düşəcəkdir”.