Home Manşet Mümkün sülh müqaviləsi altıtərəfli əməkdaşlıq platformasına daxil olan ökələr arasında razlıaşdırılmış müqavilə...

Mümkün sülh müqaviləsi altıtərəfli əməkdaşlıq platformasına daxil olan ökələr arasında razlıaşdırılmış müqavilə ola bilər

319
0
SHARE

Azərbaycanın öz ərazi bötövlüyünü bərpa etməsi ilə yaranan yeni geostarteji reallıq bütövlükdə regionun inteqrasiyası və inkişafı üçün də yeni perespektivlər təmin edib. Hazırki post-müharibə mərhələsində Azərbaycan fəal şəkildə və sürətlə işğaldan azad edilmiş əarzilərində yol-nəqliyyat və infrastruktur layihələrini həyata keçirməkdədir. Belə olan halda yeni şərtlərdən daha səmərəli şəkildə istifadə etmək üçün region dövlətlərinin də diqqəti Azərbaycan yönəlmiş olur ki, bu sırada ilk növbədə Rusiya, Türkiyə və İranı qeyd edə bilərik. Əslində, Rusiya və Türkiyənin problemin həllində oynadıqları mühüm siyasi rolu və post-müharibə mərhələsində sülhün qorunmasında iştirakçılığını da nəzərə alsaq o zaman bu iki ölkənin Azərbaycanla əməkdaşlıq kontekstində regionun iqtisadi-siyasi inteqrasiyasında da mühüm rol oyanaya biləcəkləri ortaya çıxmış olur. Şübhəsiz ki, qonşu İranın da regional inteqrasiya prosesində mühüm rol oynaya biləcəyi hər kəsə aydındır və bu da region ölkələrinin xüsusən də yeni reallıqların memarı olan Azərbaycanın arzu etdiyi bir tərəfdaşlıq platformasının yaranması üçün əsaslardan biri kimi çıxış edə bilər. Buna paralel olaraq Gürcüstanın Azərbaycan tərəfindən həyata keçirilən bütün regionla və beynəlxalq enerji və nəqliyyat layihələrində iştirakçı olduğunu nəzərə alsaq əslində regional inkişafı və inteqrasiyanı təmin edə biləcək platformanın konturları dəqiqləşmiş olur. Nəzərə almaq lazımdır ki, işğal faktı artıq ortada olmadığına görə arzu etdiyi və yeni reallıqları qəbul etdiyi təqdirdə Ermənistanın da bu platformada iştirakçılığı mümkündür. Ona görə də hazırda regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün ən perespektivli platforma kimi 3+3 altı tərəfli platforması nəzərdən keçirilir. Yəni Azərbaycan -Türkiyə – Gürcüstan və Rusiya –İran- Ermənistan altıtərəfli əməkdaşlıq platforması regionumuzun inkişafı və uzunmüddətli sülhün bərqərar olması üçün ən perspektivli platformadır. Təcrübə göstəriri ki, regiondan kənar aktorların iştirakçılığı bəzi hallarda nəinki əməkdaşlığın inkişafına töhfə verir tam əksinə bəzən belə iştirakçılıq ziddiyyət və qütbləşmə yarada bilir. Ona görə də bundan sonrakı mərhələdə imzalanması perspektivi olan mümkün sülh müqaviləsi də elə altıtərəfli əməkdaşlıq platformasına daxil olan Rusiya-Türkiyə və Azərbaycan – Ermənistan arasında razlıaşdırılmış müqavilə ola bilər. Hazırda Rusiya sülməramlıları regionda sabitlşədirici rol oynamqla Ermənistanda mövcud olan müharibə tərəfdarlarının və revanşistlərin əl qolunu bağlayır. Bundan başqa Ermənistanda hələ də elə qüvvələr var ki, Rusiyanın regionda sülhyaratma və əməkdaşlığını inkişaf etdirilməsində oynadığı rolunu qəbul etmək istəmirlər. Onların məqsədi regiondan kənarda olan daha radikal aktorları prosesə cəlb etməklə yenidən müharibəni alovlandırmaqdan ibarətdir. Əslində biz bilirik ki, bu həvəsdə olan bəzi dövlətlər də yox deyil. Ona görə də regionda əməkdaşlığın və sülhün qalıcı olması hər şeydən öncə elə region ölkələrinin marağındadır. Yeni yol nəqliyyat və kommunikasiya layihələrinin bərpası isə məhz bu məqsədlərə xidmət edəcək. Məsələn dəmiryolu kommunikasiyalarının bərpası qonşu İranın Avrasiya İttifaqına üzv olan ölkələrlə əməkdaşlığına imkanlar yaradacaq. Eyni zamanda Türkiyə bütün kommunikasiyalardan istifadə etmək imkanları əldə edəcək və beləliklə də uzun illərdir Ermənistanın işğalçılıq siyasəti ucbatından iflic vəziyyətə düşümş regionla inteqrasiya nəhayət baş tuta biləcək ki, bu da bütün tərəflərin xeyrinə olacaq.