Home Dünya xəbərləri ABŞ-da 67 ildən sonra ilk dəfə qadın edam edilib

ABŞ-da 67 ildən sonra ilk dəfə qadın edam edilib

349
0
SHARE

ABŞ-da 67 ildən sonra ilk dəfə qadın edam edilib.

Trend-in məlumatına görə, 52 yaşlı Liza Montqomeri İndiana ştatının həbsxanasında iynə vurulmaqla edam olunub.

O, 2004-cü ildə hamilə qadını öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi.

L.Montqomerinin edamı ötən ilin dekabrında baş tutmalı olsa da, məhkəmə cəzanı təxirə salmışdı. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxladıqdan sonra ölüm hökmü icra olunub.

Sonuncu dəfə ABŞ-da qadın 1953-cü ildə edam olunmuşdu.