Home Manşet Azərbaycan hərb meydanındakı qələbəni diplomatik arenada davam etdirir – Oqtay Əsədov

Azərbaycan hərb meydanındakı qələbəni diplomatik arenada davam etdirir – Oqtay Əsədov

364
0
SHARE

Cənubi Qafqazda yeni vəziyyət yaranıb. Ötən il noyabrın 10-da imzalanan, ardınca 2021-ci ilin yanvarın 11-də qəbul edilən sənədlərlə bu istiqamətdə real işlərin görülməsinə başlanıldı.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, əslində, yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş, noyabrın 10-da əldə edilmiş nəticələrin bir növ hesabatı da sayıla bilər:

“Yanvarın 11-də bütün dünyanın diqqət mərkəzində olan, müzakirə olunan üçtərərəfli görüş strateji əhəmiyyət kəsb edir. Hansı ki, həmin gün qəbul edilən bəyanat bizi strateji hədəflərimizə daha yaxınlaşdırdı.

Bəyanatda yol-nəqliyyat infrastrukturunun bərpasına aid olan məsələ hazırkı mərhələdə doğrudan da prioritetdir. Regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması regional inteqrasiya və iqtisadi inkişafı əngəlləyirdi. İndiki məqamda iqtisadi inkişaf regionda sülh və sabitliyin də davamlı olmasına yol açacaq”.

O.Əsədov bildirib ki, üçtərəfli bəyanatda diqqətçəkən məqamlardan biri Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir: “Bu, çox vacib bir kommunikasiyadır. Bu layihə təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eləcə də digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir.

Bu, Rusiya, İran və Ermənistanın da maraqlarına uyğundur. Belə ki, Ermənistan İran və Rusiya ilə birbaşa dəmiryolu və quru əlaqələrini yarada bilir.

Üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir.

Moskvada Ermənistan baş nazirinin irəli sürdüyü təkliflərdən heç birinin qəbul edilməməsi isə görüşün digər əhəmiyyətini göstərdi. Ümumiyyətlə, Bəyanat da göstərdi ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb.

Bir sözlə, Azərbaycan hərb meydanında olduğu kimi, qələbəni diplomatik arenada da davam etdirir”.