Home Dünya xəbərləri İtaliyada mafiya üzərində böyük məhkəmə prosesi start götürüb

İtaliyada mafiya üzərində böyük məhkəmə prosesi start götürüb

273
0
SHARE

İtaliyada mafiya üzərində son onilliklərin ən genişmiqyaslı məhkəmə prosesi start götürüb.

Trend-in məlumatına görə, prosesdə “Ndrangeta” mafiyasına bağlı 355 nəfər müttəhim qismində iştirak edəcək.

Bu gün başlayan məhkəmə prosesinin iki ilə yaxın davam edəcəyi gözlənilir.

Prosesdə 900-dən çox şahid dindiriləcək, müttəhimlərin hüquqlarını 600-dən çox vəkil müdafiə edəcək. İrəli sürülən ittihamlar arasında qətl, narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması, şantaj da yer alır.

İlkin məhkəmə iclasında müttəhimlərin adlarının sadalanması 3 saata yaxın davam edib.