Home Dünya xəbərləri Çində pilotsuz avtomobillər üçün nəzərdə tutulan “ağıllı yol” sınaqdan keçirilir

Çində pilotsuz avtomobillər üçün nəzərdə tutulan “ağıllı yol” sınaqdan keçirilir

319
0
SHARE

“Huawei” şirkəti Çinin şərqindəki Tszyansy əyalətində “ağıllı yol” layihəsini sınaqdan keçirir.

Trend-in məlumatına görə, 4 kilometr uzunluğundakı hissə pilotsuz avtomobillərin hərəkəti üçün nəzərdə tutulub.

Sınaq çərçivəsində həmin yolda özü idarə olunan avtobuslar hərəkətə edir. Avtobuslar təkcə öz sistemi tərəfindən idarə olunmur. Nəqliyyat vasitələri həm də yolboyunca yerləşdirilən radar, kamera və digər avadanlıqlardan yolun vəziyyəti barədə məlumat əldə edir.

Beləliklə, “ağıllı yol” daim pilotsuz avtomobillə əlaqədə olur.

Qeyd edək ki, Çin hökuməti 2025-ci ilədək yollarda avtomatik idarə olunan avtomobillərin sayını artırmağı planlaşdırır.