Biz buraya Azərbaycan hökumətini dəstəkləməyə gəlmişik.
Trend-in məlumatına görə, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə səfər zamanı orada dağıdılmış şəhərləri, mədəni-tarixi abidələrin məhv edildiyini görüblər: “Bu cinayətlərə məhməkədə baxılmalıdır. Çünki bu, bəşəriyyətə qarşı törədilən cinayətdir. Ağdam vaxtilə insanlarla dolu şəhər idi. İndi orada yalnız divar qalıqları qalıb”.