Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada baş tutan görüşünü müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə Kremlin rəsmi saytında deyilir.
Qeyd olunur ki, V.Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini yanvarın 11-də keçirilmiş və Dağlıq Qarabağ məsələsinə həsr olunmuş üçtərəfli görüş barədə məlumatlandırıb.