Home Dünya xəbərləri Çində 5 gün ərzində xəstəxana tikilib

Çində 5 gün ərzində xəstəxana tikilib

280
0
SHARE

Çin hökuməti koronavirusa yoluxmuş şəxslərin müalicəsi üçün müvəqqəti xəstəxanaların tikintisini bərpa edib.

Trend-in məlumatına görə, ölkənin şimalındakı Hebey əyalətində 5 gün ərzində 1 500 yerlik xəstəxana tikiib.

Yaxın günlərdə daha 6 xəstəxananın tikintisi planlaşdırılır.

Qeyd edək ki, son iki həftə ərzində Hebey əyalətində koronavirusa yoluxma sayı artıb. Hazırda əyalət xəstəxanalarında 850-yə yaxın şəxs müalicə olunur.