Home Manşet Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən Qarabağın azad olunması vazkeçilməz hədəfə...

Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən Qarabağın azad olunması vazkeçilməz hədəfə çevrilmişdi – Elçin Mirzəbəyli

664
0
SHARE

Azərbaycan gəncliyi vətənpərvər, cəsarətli və güclüdür. Ona bu gücü verən, özünəinam hissini təlqin edən isə ailə, vətən, torpaq sevgisidir. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var. Doğrudur, Qarabağımızın azad edilməsində bütün nəsillərin nümayəndələri fədakarlıq nümayiş etdiriblər. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, əsas yük, əsas vəzifə gənclərin çiyinlərinə düşüb və onlar bu vəzifəni şərəflə, ləyaqətlə yerinə yetiriblər.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli vurğulayıb ki, şübhəsiz ki, bu gənclərin yetişməsində, formalaşmasında onları tərbiyə edən valideynlərin əvəzsiz xidmətləri var:

“Lakin milli ruh, vətənpərvərlik ruhu, yüksək mənəvi dəyərlər, sadəcə bir ailənin sərhədləri çərçivəsində mövcud olan, formalaşan anlayışlar deyil. Əgər cəmiyyətdə vətənpərvərlik, cəsarət, Vətənə, Dövlətə, Xalqa sevgi əsas qiymətləndirmə meyarı deyilsə, o zaman milli ruhun, xarakterin formalaşması üçün gərəkli olan mühit, atmosfer də yaranmır. Azərbaycan bayrağının yüksəldilməsinin, himninin səsləndirilməsinin Azərbaycan gəncliyi üçün əsas hədəfə çevrilməsinin təməlində Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən müəyyənləşdirdiyi strategiya dayanır”.

E.Mirzəbəylinin sözlərinə görə, bu strategiya təhtəlşüur olaraq Azərbaycan gəncini dövlətin əsas hədəfinə – ərazi bütövlüyümüzün bərpa olunmasına istiqamətləndirib, Qarabağın azad olunmasını vazkeçilməz ümummilli hədəfə çevirib:

“Prezident İlham Əliyev Azərbaycanda növbəti, həm də fundaçental islahat dalğasının əsasını qoyan çıxışlarından birində nəsillərarası münasibətdən, sarsılmaz körpüdən bəhs etmişdi, təcrübə ilə dinamizmin, çevikliyin vəhdətinin Azərbaycanı öz hədəflərinə daha da yaxınlaşacağını bildirmişdi.

Azərbaycan Ordusunun möhtəşəm Zəfəri, həm də təcrübə ilə dinamizimin, gəncliklə orta və yaşlı nəslin, ölkəmizdəki bütün dini konfessiyaların, etnik qrupların vəhdətinin, birliyinin qələbəsidir. Bu birlik Azərbaycan xalqının vətənpərlik ruhunu, Ali Baş Komandanın iti zəkasını və dəmir xarakterini, Azərbaycan gəncinin cəsarətini, barışmazlığını, gücünü Dəmir Yumruğa çevirdi və düşmənin darmadağın edilməsinə zəmin yaratdı. 44 günlük Vətən Müharibəsi də sübuta yetirdi ki, güclü lideri, birliyi, həmrəyliyi, mübarizə əzmi olan xalqlar ən çətin sınaqlardan belə uğurla, zəfərlə çıxmağı bacarırlar”.