Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib.
Trend-in məlumatına görə, yanvarın 18-də Qubanın Ərdəbil məscidində xeyriyyə görüşü keçirilib.
Görüşdə iştirak edən Dağ yəhudiləri dini icmasının üzvləri 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verib.
Qeyd olunub ki, bu, ölkədə yaşayan bütün xalqların acısıdır:
“Biz özümüzü digər azərbaycanlı qardaş və bacılarımızdan ayırmırıq”.