Home Manşet DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb

DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb

314
0
SHARE

Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Trend-in Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən məlumatına görə, 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kollegiya üzvləri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi yad edilmiş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.