Home Manşet Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub – Səfirdən Bahçelinin...

Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub – Səfirdən Bahçelinin fikirlərinə aydınlıq

299
0
SHARE

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçelinin Şuşada məktəb tikilməsi fikrinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, E.Özoral jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra Türkiyədəki bir çox qurumlar Azərbaycana dəstəklə bağlı çağırışlar edib:

“Bunlar Azərbaycan hökumətinin verəcəyi qərardan asılıdır. Müvafiq qərar qəbul olunarsa, Türkiyənin əlaqədar qurumlarına məlumat veriləcək. Türkiyə müharibə dövründən sonra da Azərbaycana hər cür dəstək olmaq məqsədilə səfərbər olub. Azərbaycanda şəhid və məcburi köçkün ailələrinə kömək məqsədilə Türkiyədən buraya gələnlər var”.