Home Manşet Hikmət Babaoğlu: “Dostluq” yatağı iki ölkə arasında dostluq və qardaşlığın rəmzinə çevirlir

Hikmət Babaoğlu: “Dostluq” yatağı iki ölkə arasında dostluq və qardaşlığın rəmzinə çevirlir

323
0
SHARE

Azərbaycan və Türkmənistan arasında 21 yanvar 2021-ci il tarixində Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olduqca mühüm bir hadisədir. Bu istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir. Əslində isə həm də bütövlükdə Xəzər ekvatoriyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platforması yaradılması ilə əlamətdardır. Məsələ ondadır ki, Türkmənistan və Azərbaycanın dəniz sərhədlərinin kəsişməsində yerləşən bu mühüm karbohidregon ehtiyatları yatağı çox da uzaq olmayan keçmişdə bəzi mərkəzlər tərəfindən siyasi istismar mövzusuna çevrilməyə cəhd edilirdi. Ancaq bu gün “Dostluq” yatağı iki ölkə arasında elə dostluq və qardaşlığın rəmzinə çevirilir. Əslind, Xəzər dənizinin bu gün sülh və əməkdaşlıq dənizinə çevirilməsi hələ ötən əsrin 90-cı illərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən həyata keçirilən neft siyasəti strategiyası ilə bağlıdır. Xəzərdə iqtisadi maraqların önə çəkilməsi onun militarizə edilməsinin qarşısını aldı. Əsrin müqaviləsinin imzalanması isə bu istiqamətdə yeni mərhələ açdı. Xəzər hövzəsinin külli miqdarda investisiyanın cəlb olunması onun təhlükəsizliyini təmin edən tədbirlərlə nəticələndi. Bundan sonra Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirildi. Əvvəlcə Xəzər dənizinin şimal hissəsinin səthinin bölünməsi ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiya ilə razılaşma əldə edə bildi. Bundan sonra nəhayət 2018-ci ildə Xəzərin hüququ statusu müəyyən edildi. Beləliklə də, Xəzər dənizinin şərqində yerləşən qardaş Türkmənistanla yeni əməkdaşlıq prespektivləri yarandı. Azərbaycan Prezidenti İlham Əliyevin 2008 və 2018-ci illərdə Türkmənistana səfər etməsi eyni zamanda Türkmənistan prezidentinin Azərbaycana səfərləri qarşılıqlı etimada əsaslanan yeni keyfiyyət mərhələsi yaratdı. Yəni, Azəbaycan Xəzər dənizinin əməkdaşlıq və sülh dənizinə çevirilməsində mühüm enerji strategiyası müəyyənləşdirə bildi və hazırda tərəfdaş ölkələrlə birlikdə bunun nəticələrini görür. Nəticələr isə butün Xəzərətrafı xalqların rifahı və inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də “Dostluq” karbohidrogen ehtiyatları yatağının birgə istismarı ilə bağlı əldə edilən razılaşma əlamətdar tarixi hadisə kimi qiymətləndirilməlidir.