Home Manşet Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını...

Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını ziyarət edib (FOTO)

370
0
SHARE

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Arzu Nağıyev 20 – 23 yanvar tarixlərində Tovuz və Gədəbəy rayonlarında olub.

Trend-in məlumatına görə, millət vəkili Tovuz rayonunun Əsrik Cırdaxan, Koxa Nəbi, Yanıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Aran Yanıqlı və Yanıqlı kəndlərində, Qəribli İnzibati Ərazi Dairəsi üzrə Almalı Tala, Çatax İnzibati Ərazi Dairəsi üzrə Çatax, Pələkli, Cirdək və Şıxheybət kəndlərində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka və Çobankənd kəndlərində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, gül dəstələri qoyub.

Millət vəkili şəhidlərin ailələrinə baş çəkib, onları maraqlandıran suallara aydınlıq gətirilib və müəyyən məsələlər yerində öz həllini tapıb.

Növbəti ziyarət və görüşlər Gədəbəy rayonunun Arıqıran, Əyrivəng, İnəkboğan, Böyük Qaramurad, Fərzalı, Şahdağ kəndlərində, Tovuz rayonunun Qaradaş, Qaralar, Çeşməli, Bayramlı, Dondar Quşçu və Alakol kəndlərində nəzərdə tutulur.