Home Dünya xəbərləri Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb

Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb

215
0
SHARE

Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra 14 gündür dağıntılar altında qalan mədənçilərin 11-i oradan çıxarılıb.

Trend-in məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.

Məlumata əsasən, ilk xilas edilmiş mədənçi yerli vaxtla səhər 11:13-də çıxarılıb. Onun vəziyyəti ağır olduğu üçün dərhal xəstəxanaya aparılıb.

Xilasetmə əməliyyatına 633 nəfər və 407 texnika cəlb olunub.