Home Dünya xəbərləri İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır

İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır

20
0
SHARE

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 550 nəfər yoluxub.

Trend-in “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 593 578 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 512 469 nəfəri sağalıb, 4 326 nəfəri isə vəfat edib.