Polis əməkdaşları Meksikanın Tamaulipas və Nuevo-Leon ştatları sərhədində 19 nəfərin yandırılmış cəsədlərini tapıblar.
Trend-in məlumatına görə, bu barədə Milenio qəzeti öz saytında bildirib.
İlkin məlumatlara görə, söhbət iki cinayətkar qrup arasında baş verən toqquşma qurbanlarından gedir.
Bildirilib ki,prokurorluq əməkdaşları hadisənin şəbəblərini araşdırmağa başlayıblar.