Home Dünya xəbərləri “MOZART” konteyner gəmisi Qabon sahillərinə çatıb

“MOZART” konteyner gəmisi Qabon sahillərinə çatıb

249
0
SHARE

Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalan “MOZART” konteyner gəmisi Qabonun Port Jantil liman şəhəri sahillərinə yanaşıb.

Trend-in məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu bildirib.

Nazir qeyd edib ki, gəmi saat 11:00-da Port-Jantil sahillərinə yanaşıb.

A.Karaismayıloğlu quldurlarla toqquşmada öldürülən Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verdi:

“15 dənizçimizin sağ-salamat Türkiyəyə dönməsi üçün bütün səyləri səfərbər etdik”.