Home Cəmiyyət “Quşçu” palçıq vulkanındakı püskürmə zamanı xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar...

“Quşçu” palçıq vulkanındakı püskürmə zamanı xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini əhatə edir – Dövlət Qoruğunun direktoru (VİDEO)

278
0
SHARE

Şamaxı rayonundakı “Quşçu” palçıq vulkanında dünən baş verən bu püskürmə zamanı xaric olmuş süxurlar bərk halda olub.

Bunu Trend-ə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.

Onun sözlərinə görə, əvvəlki püskürmələr zamanı suyun konsentrasiyası xaric olmuş məhsullarn tərkibində çox olduğu üçün daha geniş ərazilərə yayılıb. Son püskürmə zamanı isə xaric olmuş məhsullar qalaq formasında bir ərazidə toplanaraq nisbətən hündür kütlə yaradıb:

“Hesablamalar zamanı fərqli-fərqli hündürlüklərı qeydə alındı. Ümumi xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini əhatə edir. Bunun həcmi isə 27 min kub metr təşkil edir”.

C.Paşayev əlavə edib ki, dünyadakı 2500-dən çox palçıq vulkanının 350-dən çoxu Azərbaycanda yerləşir. Vulkanların püskürmə intervalına görə Azərbaycan dünyada öz liderliyini saxlayır.

Direktor qeyd edib ki, palçıq vulkanlarının proqnozlaşdırılması mümkün deyil. Seysmik proseslər kimi palçıq vulkanlarının da püskürməsi təhlükəlidir.

Qeyd edək ki, “Quşçu” vulkanı dünən 16-cı dəfə püskürüb. Vulkanın son onilliklər ərzində puskurməyən sahəsi aktivləşib. Püskürmə nəticəsində əkin sahələrinə ziyan dəydiyi bildirilir.