Yeni Zelandiya sahilləri yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Blaff şəhərindən 680 km cənub-qərbdə və Danidin şəhərindən 851 km cənub-qərbdə olub. Yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.
İnsan təlafatları, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.