Home Manşet Aydın Hüseynov: “Dostluq” memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər açır

Aydın Hüseynov: “Dostluq” memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər açır

322
0
SHARE

Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması mühüm tarixi hadisədir və həm Xəzər dənizində və həm də Azərbaycanla Türkmənistan arasında əməkdaşıq üçün yeni perspektivlər açır.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu sazişin imzalanması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş neft strategiyasının məntiqi nəticəsidir.

A.Hüseynov qeyd edib ki, Azərbaycanda neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır:

“Ümumilli liderin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində dönüş mərhələsi oldu. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş verdi. 1969-cu ildən başlayaraq Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başldı və bu sahədə böyük uğurlara nail olundu”.

A.Hüseynov qeyd edib ki, xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan cənab Heydər Əliyev “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul başladı:

“Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. O dövrdə Azərbaycan Prezidentinin sərəncamı ilə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Sərf edilən gərgin əmək və böyük zəhmət nətiəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində tarixə “Əsrin müqaviləsi” kimi daxil olan mühüm bir sənəd imzalandı və müstəqil Azərbayca dövlətinin neft sənayesinin inkişafında tamamilə yeni bir mərhələ başladı”.

Deputat bildirib ki, Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə böyük səylər göstərib:

“Bu baxımdan Xəzərin statusu ilə bağlı gedən danışıqlar zamanı Azərbaycan hər zaman konstruktiv mövqe nümayiş etdirib və hər kəs üçün səmərəli həll variantının tapılmasına çalışıb. Elə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün də ilk təşəbbüs göstərən ölkələrdən biri Azərbaycan olub. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Məlumdur ki, bütün görülən işlər nəticəsində Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması sayəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalandı.

“Dostluq” yatağı haqqında imzalanan Anlaşma Memorandumu ölkəmizin məsələlərə konstruktiv yanaşmasının bir nəticəsidir.

Bildiyiniz kimi Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinlikdəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır.

Lakin “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.

Yatağın birgə işlənməsi haqqında imzalanmış memorandum ölkələrimiz üçün böyük tarixi əhəmiyyət daşıyır, eyni zamanda istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perespektivləri baxımından əhəmiyyətlidir.

Bu sənədin imzalanması Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu iqtisadi strategiyasının məntiqi nəticəsidir. Prezidentin 2008 və 2018-ci illərdə Türkmənistana səfər etməsi eyni zamanda Türkmənistan Prezidentinin Azərbaycana səfərləri qarşılıqlı etimada əsaslanan yeni keyfiyyət mərhələsi yaratdı. Yəni Prezident İlham Əliyev Xəzər dənizinin əməkdaşlıq və sülh dənizinə çevirilməsində mühüm enerji strategiyası müəyyənləşdirə bildi və hazırda tərəfdaş ölkələrlə birlikdə bunun nəticələrini görürük”.