Fransanın İdman Nazirliyi və Səhiyyə Nazirliyi idmançılar üçün nəzərdə tutulmuş xüsusi tibbi maskanın hazırlanması layihəsini başa çatdırıb.
Trend-in məlumatına görə, maskanın hazırlanması üzrə işlər ötən ilin iyunundan aparılırdı.
Çoxtəbəqəli və yumşaq parçadan hazırlanan maska intensiv nəfəs alarkən belə dodaqlara toxunmur. Mütəxəssislər bu maska ilə qaçmağın rahat olduğunu bildirib.
Qeyd olunur ki, xüsusi maskalar sakinlərə açıq havada idmanla məşğul olmağa kömək edəcək.