Home Manşet Ötən il Azərbaycanda 7 yeni partiya qeydiyyata alınıb

Ötən il Azərbaycanda 7 yeni partiya qeydiyyata alınıb

299
0
SHARE

Hazırda Azərbaycanda 62 siyasi partiya fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov nazirlikdə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, ötən il 7 siyasi partiya qeydiyyata alınıb:

“Bunlar Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Gələcək Azərbaycan Partiyası, Xalq Partiyası və Respublikaçı Partiyasıdır”.