Home Cəmiyyət Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib

Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib

275
0
SHARE

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi Port Gentil şəhərindən digər yerə gətirilib.

Trend-in məlumatına görə, Fərman İsmayılovun nəşi xüsusi təyyarə ilə Qabonun Port Jantil şəhərindən Librevil şəhərinə gətirilib.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.