Moskva və Tehran bir sıra regional məsələlər, o cümlədən Dağlıq Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü zamanı deyib.
Nazir deyib: “Ölkələrimizin bizi əhatə edən regionda rolu nəzərə alınaraq, biz Fars körfəzində təhlükəsizlik, Əfqanıstan tənzimlənməsi kimi məsələlərdə, o cümlədən Dağlıq Qarabağ ətrafında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmadan sonra yaranmış vəziyyətlə bağlı dialoqun dərinləşməsində maraqlıyıq”.