Home Energetika TAP layihə gücündən kənara çıxa bilərmi? – İcraçı direktor şərtləri açıqladı

TAP layihə gücündən kənara çıxa bilərmi? – İcraçı direktor şərtləri açıqladı

274
0
SHARE

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu ümumi layihə gücünün ildə 20 milyard kubmetrdən çox artırılmasına uzunmüddətli tələbat yaranacağı təqdirdə onun iqtisadi və texniki reallaşdırılmasını nəzərdən keçirə bilər.

Bunu Trend-ə TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, boru kəmərinin buraxılış gücünün ildə 20 milyard kubmetrədək artırılması zərurəti bazar sınaqlarının yekunlarına əsasən müəyyənləşir:

“TAP illik 20 milyard kubmetr buraxılış gücü nəzərə alınaraq layihələndirilib. Tikintidən əvvəl TAP üçün yaradılmış kommersiya və normativ-hüquqi baza ilkin mərhələdə ildə 10 milyard kubmetr buraxılış gücünə, sonrakı mərhələlərdə əlavə kompressorların quraşdırılması hesabına potensial olaraq 20 milyard kubmetrədək artırılmasına əsaslanıb”.