Home Cəmiyyət Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub

Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub

301
0
SHARE

Ağsu rayonunda tibb işçilərinin koronavirus infeksiyasına qarşı peyvəndləmə prosesi yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə açqlamasında Ağsu rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov deyib. Direktor bildirib ki, artıq 305 tibb işçisi pryvənd olunub: “Ümumilikdə, rayon üzrə 450 nəfər tibb işçisi peyvənd olunmalıdır. 94 tibb işçisi isə koronavirus infeksiyasına yoluxduğu üçün onlar peyvənd olunmayacaq”.

Ə.Hüseynov bildirib ki, tibb işçiləri özləri könüllü olaraq peyvənd olunmaq üçün müraciət edirlər: “Müraciətlərə baxılır, yoxlanılır, əgər əks təsir yoxdursa, onların peyvəndlənməsinə şərait yaradılır”.

Direktor qeyd edib ki, xəstəxanada peyvəndlənmə prosesinin həyata keçirilməsi üçün bütün şərait yaradılıb.