Home Manşet Məktəblər açıldıqdan sonra 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa… –...

Məktəblər açıldıqdan sonra 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa… – Nazirlikdən AÇIQLAMA

141
0
SHARE

Təhsil Nazirliyi sosial şəbəkələrdə məktəblərin 15 günlük açılması barədə yayılan məlumatlara münasibət bildirib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, hazırda COVİD-19-a yoluxma vəziyyətində hər 14 gün sonra açılmanın yoluxma sayının artmasına səbəb olub olmadığı məlum olur:

“Fevralın 1-də tədrisin bərpası ilə bağlı şəhərdaxili hərəkətlilik artacaq. Əgər 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflər üçün tədrisin bərpası ləngiyəcək. Amma say kritik həddə çatmasa, biz açılmaya davam edəcəyik”.