Home Cəmiyyət Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur – Trend TV-nin REPORTAJI

Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur – Trend TV-nin REPORTAJI

366
0
SHARE

Tərtər rayonunda 27 sentyabrdan sonra erməni təxribatı nəticəsində 4 mindən çox mülki obyektə ziyan dəyib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin 1-ci müavini Namiq Hümbətov deyib. Onun sözlərinə görə, hazırda ziyan çəkmiş obyektlərin bərpası işləri aparılır:

“Baş nazir Əli Əsədovun sərəncamı ilə zərərdəymiş obyektlərin tikintisi təmir və bərpası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub. Bu işləri operativ şəkildə başlamaq məqsədi ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün yaradılmış Dövlət Komisiyasından təqdim olunmuş siyahı əsasında komitədə işlər başlanılıb və artıq tikintiyə start verilib”.

N.Hümbətov qeyd edib ki, təmir-bərpası mümkün olmayan evlərin əvəzində 2, 3, 4 otaqlı eyni tipli fərdi yaşayış evlərinin tikilməsi planlaşdırılır.

Trend TV-nin Tərtərdən olan süjetini təqdim edirik: