Home Manşet Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı – Burhanəddin...

Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı – Burhanəddin Duran

254
0
SHARE

Azərbaycanla Türkiyə əməkdaşlığı daim davam etdirəcək.

Trend-in məlumatına görə, bunu SETA baş koordinatoru, Türkiyə Respublikası Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duran “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib.

O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə regionda yeni reallıq yaratdı. B.Duran bildirib ki, Türkiyə daim Azərbaycanın yanında olub və Azərbaycanın haqlı mövqeyini dəstəkləyib: “44 günlük müharibə zamanında da Türkiyə Azərbaycanın yanında oldu. Bir sıra dövlətlər Türkiyənin Azərbaycanın yanında olmasına sərt reaksiya göstərdi, lakin Türkiyə bunların heç birinə məhəl qoymadı. Vətən müaribəsi Azərbaycan və Türkiyənin istədiyi kimi nəticələndi.

Bu müharbədə zəfər Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıqda yeni dönəm başlatmış oldu. Biz əlaqələrimizi bundan sonra davam etdirəcəyik və daha da möhkəmləndirəcyik”.