Home Manşet Cənub Qaz Dəhlizinin tamamlanması ABŞ diplomatiyası üçün mühüm mərhələ oldu – Amerikalı...

Cənub Qaz Dəhlizinin tamamlanması ABŞ diplomatiyası üçün mühüm mərhələ oldu – Amerikalı siyasətçi

331
0
SHARE

Cənub Qaz Dəhlizinin tamamlanması ABŞ diplomatiyası üçün mühüm mərhələ oldu.

Trend-in məlumatına görə, bunu Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə Cənub Qaz Dəhlizi (CQD) layihəsinin əhəmiyyəti, gələcək enerji infrastrukturu inkişafları, karbonsuzlaşdırma səyləri və regional inteqrasiyanın müzakirəsi üçün keçirilən mütəxəssis panelində ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun keçmiş katib köməkçisi Fransis R.Fannon deyib.

O, ABŞ-ın bəzi administrasiyaları arasında onilliklər boyu davam edən enerji diplomatiyası nınsəyləri, dövlət–özəl sektor tərəfdaşlığı, o cümlədən çoxmillətli investisiyaların xüsusi qeyd olunmasının vacibliyini bildirib.

Hökumət nümayəndələri, şirkət rəhbərləri və düşüncə mərkəzi liderləri 40 milyard dollarlıq Cənub Qaz Dəhlizi (CQD) layihəsinin bu yaxınlarda başa çatması fonunda Xəzər regionundakı enerji bazarının gələcəyini müzakirə ediblər.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti bildirib ki, “Cənub Qaz Dəhlizinin başa çatdırılması enerji bazarlarında dəyişən və iqlim dəyişikliyinə diqqət artırılan maraqlı dövrlə üst–üstə düşür. Yenə də Rusiyanın təbii qaz tədarükçüsü kimi etibarlılığı və qaz ixracatını siyasiləşdirməsi, habelə Xəzər hövzəsindəki ölkələrin əhəmiyyətli qaz yataqlarına sahib olmağa davam etdikləri kimi, Avropada da təbii qaza olan ehtiyac davam etməkdədir və bu layihə region və Cənub Qaz Dəhlizinin inşa edən tərəfdaşlar üçün uzun bir səyahət, eyni zamanda mühüm nailiyyətdir”.

Xəzər Siyasət mərkəzinin Enerji və İqtisadiyyat Proqramının rəhbəri səfiri Robert F.Cekuta moderatorluğunu etdiyi vebinar iştirakçılarına CQD-nin tamamlanmasının Avropa və Avrasiya arasında nəqliyyat və əlaqə üçün yeni satış məntəqələri barədə danışıb..

Panel iştirakçıları Atlantik Şurasında Qlobal Enerji Mərkəzinin direktoru, səfir Riçard Morninqstar və SOCAR-ın İnvestisiya və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “BP America”nın Beynəlxalq Əlaqələr üzrə rəhbəri Robert Scher Qərbi Balkanlarda çox ehtiyac duyulan enerji qaynaqlarını təmin etmək üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsinin mövcud potensialından bəhs ediblər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Albaniyanın ABŞ-dakı səfiri Floreta Faber, Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze və Türkiyənin ABŞ-dakı Səfirliyinin Missiya rəhbərinin müavini Sinan Ertay təmsil etdikləri ölkələr üçün CQD layihəsinin iqtisadi–siyasi dəyərini vurğulayıblar. Səfir E.Süleymanov layihənin vacibliyinə toxunaraq, “birlikdə işləmək üçün böyük imkanlarımız var. Nəqliyyat dəhlizləri, Ermənistan da daxil olmaqla, qonşularımızla birlikdə işləmək və suverenliyi, davamlı inkişafı təmin etmək üçün yeni imkanlar var” deyə əlavə edib.

Müzakirə zamanı qeyd olunub ki, Cənub Qaz Dəhlizi çox böyük, mürəkkəb və cəsarətli bir layihədir. Layihənin bu qədər uğurlu olmasının beş səbəbi – enerji tədarükünün şaxələndirilməsi üçün açıq iş, özəl və dövlət sektorları arasında sıx koordinasiya, yüksək səviyyəli texniki təcrübə, aydın öhdəlik və hədəflər və ölkələr arası tərəfdaşlıq xüsusi vurğulanıb. Panel iştirakçıları Cənub Qaz Dəhlizinə bənzər gələcək enerji infrastrukturu inkişaflarının COVID-19 pandemiyası, karbohidrogen bazarındakı dalğınlıqlar və dövlətlərarası qarşıdurma kimi beynəlxalq zərbələrə davam gətirə bilməsi üçün ayrılmaz layihə olduğunu bildiriblər.